TƏBİB 7 xəstəxananı koronavirus xəstələrin üçün ayrılan siyahıdan çıxarıb.
Eləcə də bax: TƏBİB: Bakıda xəstəxanaların - 80-90%-İ DOLUB
TƏBİB-dən FED.az-a verilən məlumata görə, ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə tədbirləri nəticəsində, pandemiya xəstəxanalarında olan xəstələrin sayı kifayət qədər azalıb: “Bu səbəbdən, TƏBİB bəzi pandemiya xəstəxanalarının yenidən əvvəlki qaydada fəaliyyət göstərməsi ilə bağlı qərar verib.
Belə ki, xüsusi rejimli xəstəxanalara ehtiyat kimi ayrılan Saatlı, Salyan, Neftçala, Qusar və Xızı Rayon Mərkəzi Xəstəxanaları, eləcə də xüsusi rejimli xəstəxanalar kimi fəaliyyət göstərən 17 saylı Birləşmiş Şəhər Xəstəxanası və Sumqayıt şəhər Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası yenidən qeyri-COVID xəstəxanalar kimi xidmət göstərəcək”.