“Ümumi yoluxanların 57 faizi Bakının payına düşürsə, bu göstərici Sumqayıtda 15%, Abşeronda 6%, Gəncədə isə 3% təşkil edir”.
FED.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
R.Bayramlı bildirib ki, rayonlarda xəstəxanaların doluluq faizi 25-30% olduğu halda, paytaxtda bu 80-90% təşkil edir:
“Aktiv xəstələrin 38%-i hazırda müalicəsini ixtisaslaşmış xəstəxanalarda davam etdirir. Oğuz, Xızı, Ucar, Daşkəsən, Yardımlı və Zərdabda vəziyyət qənaətbəxş olsa da, arxayınlaşmaq olmaz. Sarı zonaya daxil olan Salyan, Neftçala, Astara, İsmayıllı, Ağcabədi və Biləsuvar riskli rayonlar hesab edilir”.