“Evdə müalicəsi tövsiyə olunan və özünütəcrid rejimində olan şəxslərin SMS icazə sistemindən istifadəsi mümkün olmayacaq”.
Eləcə də bax: SMS icazə sistemində 1 kodundan istifadə edən şəxs 2 kodundan da - İSTİFADƏ EDƏ BİLƏR
FED.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın birifinqdə deyib.
“Çünki onlar evdə müalicə alırlar və hansı ki, onlar özünütəcrid rejimindədirlər. “Həmin şəxslərin siyahısı TƏBİB tərəfindən bizə təqdim edilib. Onlar SMS yazsa belə, onlara cavab mənfi olacaq”, - o bildirib. (Report)