“Gün ərzində SMS icazə sistemində 1 kodundan istifadə edən şəxs 2 kodundan da istifadə edə bilər”.
Eləcə də bax: SMS icazə sistemi - BELƏ İŞLƏYƏCƏK
FED.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
“Dediyim kimi hər iki koddan gün ərzində istifadəyə icazə var. Amma təbii ki, sui-istifadəyə yol verməmək şərtilə. Çünki sui-istifadə hallarının artması bizi bu limitin azaltmasına məcbur edir”, - o bildirib. (Report)