Rusiya İstehlakçıların Hüquqları və İnsan Sağlamlığının Müdafiəsi Sahəsinə Nəzarət üzrə Federal Xidməti Moskvada koronavirusa ilk yoluxma faktını təsdiqləyib.
Eləcə də bax: Azərbaycanda koronavirusa yoluxmuş şəxs - BU XƏSTƏXANADADIR
FED.az xəbər verir ki, Rusiyada koronavirus diaqnozunun qoyulması üç mərhələli prosedur əsasında həyata keçirilir. Əvvəlcə diaqnoz Moskvanın 1 nömrəli infeksion xəstəxanasında qoyulub, daha sonra Xidmət tərəfindən təsdiqlənib. İndi analizlər yekun qərarın çıxarılması üçün “Vektor”a göndərilib.
Bildirilir ki, 1 saylı infeksion xəstəxanada həmin şəxslə eyni palatada daha altı nəfər yatırdı. Kişidə koronavirus aşkarlanan kimi onu ayrı boksa köçürüblər.
Qafqazinfo