İtaliyada qanun pozuntularına yol verdiyinə görə 52 tibb müəssisəsi (kosmetik klinika) bağlanıb.
Eləcə də bax: Azərbaycanda ilk dəfə xəstələrə “ağıllı qolbaq” paylanılıb
FED.az xəbər verir ki, klinikalardakı yoxlamalar bu ölkənin Səhiyyə Nazirliyinin tapşırığına əsasən İtaliyanın Milli Elmlər Akademiyasının səhiyyə və gigiyena polisləri tərəfindən aparılıb.
Ümumilikdə 607 mərkəzdən 172-də qanun pozuntusu aşkar edilib. Polis, həmçinin əksəriyyəti döymə sənayesində istifadə edilən on minlərlə qeyri-qanuni kosmetik məhsul müsadirə edib. Ələ keçirilmiş məhsullar təxminən 150 min avro dəyərində olub.
Polisin məlumatına görə, bundan başqa, təxminən 40 min qanunsuz bağlama müsadirə olunub.
Bu ölkədə 52 kosmetik klinika - BAĞLANIB
23:49
12 May 2019