08 may 2019 15:13

Azərbaycanda ilk dəfə xəstələrə “ağıllı qolbaq” paylanılıb

Mərkəzi Neftçilər Xəstəxanası ölkəmizdə səhiyyə sahəsində yeniliyə imza atıb.

FED.az xəbər verir ki, Səhiyyə Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, həmin səhiyyə müəssisəsində xəstələrə “Ağıllı xəstə qolbağı” paylanılıb. Həmin qolbağın köməyi ilə həkim planşet vasitəsilə xəstənin xəstəlik tarixçəsinə baxa bilər. Burada xəstənin bütün radioloji, laborator müayinələrinin nəticələri, diaqnozu və onu müalicə edən həkimin adı qeyd edilir. Həmçinin həkim planşetə əlavələrini qeyd edə bilər.

Bu texnologiya hazırda Mərkəzi Neftçilər Xəstəxanası ilə müqavilə əsasında çalışan “ESİM Yazılım” şirkətinin “OTOMATIP” Xəstəxana Məlumat Sistemi proqramı vasitəsilə həyata keçirilir.

Eləcə də bax: Səhiyyə sistemində keyfiyyət standartları tətbiq olunacaq

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz