Bu ilin ilk 10 ayında Azərbaycana 424,8 milyon dollar dəyərində 14,8 min ton əczaçılıq məhsulları idxal edilib.
FED.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, bu məhsul qrupu üzrə idxal ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 5,7 milyon dollar və ya 1,3%, miqdar ifadəsilə isə 2,6 min ton, başqa sözlə 14,8% azdır.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində ölkəyə 430,5 milyon dollar dəyərində 17,3 min ton əczaçılıq məhsulları gətirilmişdi.
Bu ilin ilk 10 ayının nəticələrinə görə Azərbaycana idxal olunan əczaçılıq məhsullarının 1 kiloqramının orta idxal qiyməti 48 manat 95 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 42 manat 28 qəpik idi. Bu da illik müqayisədə 6 manat 67 qəpik və ya 15,8% bahalaşma deməkdir.
Bu il 10 ayında ümumi idxalın 2,21%-i əczaçılıq məhsullarının payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 2,59% olmuşdu.










