“İcbari tibbi sığorta çərçivəsində çəpər əyriliyi xidməti xidmətlər zərfinə daxil edilib. Bununla bağlı tibbi göstəriş olarsa, bu xidmətdən icbari tibbi sığorta çərçivəsində əməliyyat oluna bilərsiniz”.
Eləcə də bax: Bu xidmətlər icbari tibbi sığortaya - Daxil Deyil
FED.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Vətəndaş müraciətləri şöbəsinin koordinatoru Nərgiz Hacıyeva deyib.
O bildirib ki, əgər çəpər əyriliyi ilə bağlı şikayət təsdiqlənərsə, burun əməliyyatı icbari tibbi sığorta tərəfindən qarşılanır: “Ancaq çəpər əyriliyinin sağlamlığa zərəri təsdiqlənmədiyi hallarda bu əməliyyat icbari tibbi sığorta xidməti çərçivəsində həyata keçirilmir. Çünki plastik və kosmetik əməliyyatlar xidmətlər zərfinə daxil edilməyib”. (Apa)