“Bəzi xidmətlər icbari tibbi sığortaya daxil deyil. Bunlar dövlət proqramı çərçivəsində göstərilən xidmətlərdir”.
Eləcə də bax: İcbari tibbi sığortanı ödəməyənləri bu cəzalar gözləyir
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin koordinatoru Nərgiz Hacıyeva bildirib.
Onun sözlərinə görə, həmin xidmətlərin siyahısına onkoloji xidmətlər, QİÇS, hemofiliya, talassemiya, şəkərli diabet, süni mayalanma, kosmetik və plastik əməliyyatlar, o cümlədən orqan transplantasiyası daxildir.