Azərbaycana bu günədək 319 410 doza “Pfizer- Biontech” vaksin dərman vasitəsi gətirilib.
Eləcə də bax: Azərbaycana indiyədək nə qədər koronavirus peyvəndi gətirildiyi - AÇIQLANIB
FED.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd olunub ki, əlavə olaraq 99 000 doza vaksinin oktyabr ayının sonuna qədər ölkəyə çatdırılması gözlənilir.
Həmçinin bildirilib ki, indiyə qədər ölkəyə 453 600 doza “AztraZeneca” vaksini gətirilib. Azərbaycan Özbəkistan, Bosniya və Herseqovina, Tacikistan və Qırğızıstana humanitar yardım kimi 170 000 doza “AstraZeneca” vaksini göndərib. (Apa)