"Azərbaycana ümumilikdə 318 min doza "Pfizer" vaksini gətirilib".
Eləcə də bax: Vurulan vaksinlərin sayı - 9 MİLYONU KEÇDİ
FED.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.
Nazir müavini bildirib ki, ilk olaraq ölkəyə 218 min doza “Pfizer” vaksini gətirilmişdi, sonradan 100 min doza da gətirilib: ""Pfizer" vaksininin yenə gətirilməsi nəzərdə tutulur. Bundan başqa, Azərbaycana ümumilikdə 12 milyon doza "SinoVac", 200 min doza "Sputnik V" vaksini gətirilib. Təxminən 82 min doza "AstraZeneca" peyvəndi də əlavə olaraq gətirilib".
Nazir müavini qeyd edib ki, bu gün Bakıda fəaliyyət göstərən bütün peyvənd məntəqələrində boş yerlər var: "Əhali problem yaşamır. Əvvəl müəyyən qədər problem var idi. Məntəqələr az idi. Məntəqələrin sayı çoxalandan sonra heç bir problem yoxdur". (Apa)