Sumqayıt Kimya-Sənaye Parkında yerləşən “Bakı Tekstil Fabriki” MMC dekabr ayında 8 milyon tibbi maska istehsal etməyi planlaşdırır.
Eləcə də bax: Azərbaycan tibbi maska ixracına hazırlaşır
FED.az xəbər verir ki, bunu “Bakı Tekstil Fabriki” MMC-nin direktoru Səkinə Babayeva deyib.
Onun sözlərinə görə, müəssisə gündə 400 min tibbi maska istehsal edir:
“Tibbi maskalara tələbat gündən-günə artır. Müəssisədə istehsal olunan maskaların satış qiyməti 12-17 qəpikdir”.
O bildirib ki, fabrik tibbi maskaların gigiyenikliyi və tam sterilliyini təsdiq edən sertifikatın alınması üçün müraciət edib. (Trend)