Bəzi həkimlərin COVİD-19-la bağlı əlavələri ala bilməməsinə aydınlıq gətirilib.
Eləcə də bax: Agentlik sədri həkimlərin maaşla bağlı narazılığına münasibət - BİLDİRİB
FED.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta haqlarının uçotu şöbəsinin müdiri Səməd Səmədov “Tibb işçilərinin əməkhaqqılarının hesablanma qaydası”ndan danışarkən bildirib ki, COVİD əlavəsinin verilməsi Nazirlər Kabinetinin 112 saylı qərarı ilə tənzimlənir:
"Qərarda əlavənin maaşın 3, 4 və 5 misli məbləğində verilməsi nəzərdə tutulub. Sadəcə olaraq əlavələr vaxta mütənasib olaraq verilir. Ola bilsin ki, həkimin COVİD xəstəsinə göstərdiyi xidmətin vaxtı az olduğu üçün ona əlavə verilməyib" – deyə qeyd edib. (Apa)