“İcbari tibbi sığortanın tətbiqində narazılığı aradan qaldırmaq üçün həkimlərin maaşı artırılıb”.
Eləcə də bax: Azərbaycanda həkimlərin işə qəbulu başlandı - ÇOXSAYLI VAKANSİYALAR - TƏLƏBLƏR
FED.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
Onun sözlərinə görə, burada iki artım var: “Biri sabit əlavədir - hansı ki, həkimin fəaliyyətindən asılı olmayaraq olan artımdır. İkincisi isə xidmətə görə artımdır".
Sədr göstərdiyi xidmətə görə kifayət qədər böyük məvacib alan həkimlərin olduğunu da bildirib: "Sadəcə bu sistem təzə olduğu üçün vaxt lazımdır ki, həkimlər də bunu öyrənsin, xəstəxanalar bu sistemə uyğunlaşsın. Mən düşünürəm ki, xəstəxalar və həkimlər bu ilin sonuna qədər daha da peşəkarlaşacaqlar. Müəyyən dərəcədə həkimlərin narazılıqlarını başa düşürəm. Ölkədə səhiyyə sahəsində bütün sistemi yenidən dəyişməyə zaman lazımdır". (Report)