Belarusdan Azərbaycana idxal edilən toyuq məhsullarının istehlaka yararsız olduğu aşkarlanıb.
Rusiyadan gətirilən 1 tondan hind quşu əti - YARARSIZ ÇIXDI
Bu barədə FED.az-a Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, idxalatçı şirkət “AFM Construction” MMC-nin Belarus Respublikasından idxal etdiyi “Ptizefabrika Qorodok”” MMC-nin istehsalı olan 7610.07 kq dondurulmuş toyuq məhsulunda Agentlik əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinələri nəticəsində salmonella aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb. Həmçinin istehsalçının respublikamıza həmin məhsulunun idxalına müvəqqəti qadağa qoyulub və ixracatçı ölkənin aidiyyəti qurumuna müvafiq bildiriş göndərilib.