“Kütləvi toplanışlar qətiyyən olmaz. Biz bunu görürük. Ailələr daxilində ciddi yoluxmalar var”.
Eləcə də bax: COVID-19-a qarşı ən yaxşı vaksin - Məlum Olub
FED.az xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
“Maskadan istifadə etməliyik. Hələ bügünkü gündə hazır olan və tətbiqinə başlana biləcək peyvəndlərdən söhbət getmir. Namizəd olan peyvəndlərin tətbiqinə gələn ilin aprelindən başlanılması gözlənir”. (Report)