“Əks-göstəriş sertifikatları əsasən yaşı 18-dən yuxarı vaksinasiyanın hər hansı komponentinə ağır dərəcədə adekvat reaksiyası olan, hamiləlik və südvermə dövründə olanlarla veriləcək. Bunlar qəti əks-göstərişlərdir”.
Eləcə də bax: Bu gündən vaksinasiya ilə bağlı “Əks göstəriş sertifikat”ının verilməsinə - Başlanılır
FED.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsindəki canlı yayımda Baş infeksionist Təyyar Eyvazov bildirib.
Onun sözlərinə görə, bundan əlavə, nisbi əks göstərişlər də var, bunlar müəyyən sistem və orqanların xəstəliklərin kəskin dövründə də ola bilər:
“Həmin şəxs kəskin xəstəlik dövründən sonra yenidən vaksinasiya ola bilər. Eyni zamanda, şəkərli diabet və onkoloji xəstəlik kimi bir sıra xroniki xəstəliklərin kəskin dövründə də əks-göstəriş sertifikatı verilə bilər. Komissiyalar bunu dəyərləndirəcək, amma hələ Komissiya işinə tam başlamayıb. Yəqin ki, əks-gpstəriş xəstənin o dövrdəki vəziyyətindən asılı olaraq bir müddətlik olacaq. Yəqin ki, bu insanlar vəziyyəti yaxşılaşdıqda yenidən peyvəndə dəvət oluna bilərlər. Birdəfəlik qadağanın olacağını düşünmürəm”. (Apa)