Bu gündən Azərbaycanda istifadəsinə icazə verilən vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə “Əks göstəriş sertifikat”ının verilməsinə başlanılır.
Eləcə də bax: Nazirlik COVİD-19 pasportu ilə bağlı əhaliyə - Müraciət Edib
FED.az xəbər verir ki, “Əks göstəriş sertifikat”ı almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir.
Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək. Komissiyanın rəyi əsasında vətəndaşa “Əks göstəriş sertifikat”ı veriləcək.
Qeyd edək ki, Azərbaycanda yanvar ayının 18-dən vətəndaşların koronavirus infeksiyasına qarşı vaksinasiyasına başlanılıb.