Azərbaycanda hər birində 200 çarpayı olan modul tipli xəstəxanaların tikintisinə başlanılıb.
FED.az xəbər verir ki, tikinti işləri Prezident İlham Əliyevin aprelin 7-də koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında imzaladığı sərəncamla icra olunur.
Eləcə də bax: Sumqayıtda mobil səyyar - HOSPİTAL QURAŞDIRILIR
Sərəncama əsasən, ölkədə həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə Cəlil Məmmədquluzadə və Hənifə Ələsgərov küçələrinin kəsişməsində modul tipli xəstəxanalardan birinin tikintisinə başlanılıb.
Xatırladaq ki, ölkə başçısının imzaladığı sərəncama əsasən, hər birində 200 çarpayı olan modul tipli altı xəstəxana quraşdırılacaq.
FED.az biznes portalı Oxu.az-a istinadən həmin tikinti sahəsindən görüntüləri təqdim edir:
Ramil Zeynalov