Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində COVID-19 infeksiyasına yoluxmuş xəstələrə ambulatorpoliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılıb.
Eləcə də bax: “COVİD pasportları ləğv edilməyəcək, vaxtı uzadılacaq”
FED.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, tibb işçilərinin əməkhaqlarına verilən əlavənin ödənilməsi müddəti 2022-ci il yanvarın 1-dək uzadılıb.