“COViD pasportları ləğv edilməyəcək, sadəcə, buster dozadan sonra COVİD pasportunun vaxtı uzadılacaq”.
Eləcə də bax: Operativ Qərargahın brifinqi başladı - CANLI YAYIM
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
Prezidentin köməkçisi bildirib ki, buster dozadan sonra hələlik müddətsiz COVİD pasportu veriləcək.
"Buster dozadan sonra vaksin sertifikatı müddətsiz olacaq"
“Buster dozadan sonra vaksin sertifikatı müddətsiz olur”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
Prezidentin köməkçisi bildirib ki, bu, əldə olan son epidemioloji məlumatlara əsaslanır: “Ola bilsin ki, gələcəkdə buster dozadan sonra da hansısa müddət məhdudiyyəti tətbiq edilsin. Amma hazırda buster dozadan sonra vaksin sertifikatı müddətsizdir”.
“Tibbi maska ilə bağlı yumşalma gözlənilmir”
Tibbi maska ilə bağlı qərarda yumşalma nəzərdə tutulmur.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
Prezidentin köməkçisi vətəndaşlara müraciət edib.
“Əlləri yumaq, maska taxmaq, sosial məsafəni qorumaq vaksin olunanda belə əhəmiyyətini itirmir. Bu qaydalara əməl etmək vacibdir”, - Ş. Mövsümov vurğulayıb.