Bakıda nöqsanlar aşkarlanan “Jalə” kafesi bağlanıb.
Eləcə də bax: “Organic Green Line” şirkətinin rəhbəri məsuliyyətə - CƏLB EDİLDİ
Bu barədə FED.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Belə ki, AQTA əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küç., ev 7, mənzil 47 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Həsənov Zəfər Faiq oğluna məxsus “Jalə” kafesində aparılan təkrar yoxlama zamanı nöqsanların aradan qaldırılmadığını müəyyən edib.
Müəssisədə çirkli suların birbaşa mərkəzi kanalizasiya sisteminə axıdıldığı, mətbəxdə ayrıca yuma sahəsinin mövcud olmadığı və havalandırma sisteminin quraşdırılmadığı, həmçinin işçi heyətin dövri tibbi müayinədən keçmədən fəaliyyət göstərdiyi aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.