Bakıda dönərdən kütləvi zəhərlənmə baş verib.
Eləcə də bax: AQTA dönərxanalarla bağlı - TƏDBİRLƏRƏ BAŞLAYIB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu bildirib ki, hadisə ötən gün “28 Mall” ticarət mərkəzinin yaxınlığında dönərxanalardan birində baş verib.
Onun sözlərinə görə, orada gün ərzində dönər alan 8 nəfər zəhərlənmə diaqnozu ilə mərkəzə müraciət edib: “Zəhərlənənlərdən biri qadın, 7-si kişi, digər biri isə yeniyetmə olub. Hazırda onlardan bəziləri orta-ağır, digərləri isə ağır vəziyyətdə müalicələri davam etdirilir. Bir nəfər isə artıq evə buraxılıb”.