Son iki gündə koronavirusdan 2 əməkdaşı vəfat edən “Azərbaycan Televiziyası və Radio Verilişləri” QSC qurumdakı tədbirlər haqqında açıqlama yayıb.
Eləcə də bax: Azərbaycanda daha bir kanalın əməkdaşlarında - KORONAVİRUS AŞKARLANDI
Qurumdan FED.az-a bildirilib ki, bu, 3000 əməkdaşı olan AzTV-də Ard-arda baş verən ölüm hallarından sonra bəzi şəxslərin, sosial şəbəkə istifadəçilərinin QSC rəhbərliyini qınamasına, dezinfeksiya tədbirləri görməklə bağlı çağırışlarına cavab olaraq bir neçə vacib məqamı açıqlanıb:
- QSC-nin həyəti və iş otaqları, studiyalar həftədə ən azı 1-2 dəfə xüsusi maşınlar, aparatlarla dezinfeksiya olunur;
- Polis əməkdaşları qapıdan QSC ərazisinə daxil olan işçilərin hərarətini ölçür və hərarəti yüksək olan əməkdaşlar dərhal geri qaytarılır;
- Şirkət daxilində hər kəs maskadan istifadə edir, maarifləndirmə işləri aparılır və s.
Bundan əlavə, QSC-nin nəzdində üç televiziya kanalı fəaliyyət göstərir və onların işini minimal şərtlər daxilində belə təmin etmək üçün kənar çəkilişlər, qonaqların dəvət olunması mütləqdir. Bu səbəbdən hazırda 3000 əməkdaşdan yalnız 1000 nəfəri iş başındadır. Lakin Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi ilə bağlı 02.07.2020-ci il tarixli qərarından sonra işçi sayı bir qədər də azaldılıb.
Bir sözlə, əməkdaşların QSC daxilində virusdan qorunması üçün lazım olan bütün tədbirlər həyata keçirilir, bundan sonra da ediləcək.