Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Səhiyyə Nazirliyində bir sıra görüşlər keçirib.
Eləcə də bax: “Yaxın aylarda kütləvi vaksinasiya başlayacaq”
Bu barədə FED.az-a TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, Türkiyə Respublikası Səhiyyə nazirinin müavini Emine Alp Meşe ilə görüşdə iki qardaş ölkənin birlikdə vaksin əldəetmə imkanları, vaksinasiya strategiyası, ilk növbədə vaksin vurulacaq qrupların müəyyən edilməsi istiqamətində müzakirələr və təcrübə mübadiləsi aparılıb.