“Yaxın aylarda kütləvi vaksinasiya tədbirləri başlayacaq. Azərbaycan dövləti ən zərərsiz vaksinlərin ölkəyə gətirilməsi üçün tədbirləri bitirib”.
Eləcə də bax: Operativ Qərargah brifinq keçirir - Canlı Yayım
FED.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanov bugünkü brifinqdə deyib.
O bildirib ki, vaksinlər hazır olanda ölkəyə gətiriləcək: “Gəlin səhiyyə sistemimizi yükləməyək. Bilirsiniz ki, xəstəxanalarda yaralı əsgərlərimiz müalicə alır. Biz özümüzü qorumaqla həmin əsgərləri də qorumuş olarıq”. (Qafqazinfo)