Azərbaycanın iri əczaçılıq şirkətərindən biri olan “Azəri Med” təşkilati-hüquqi formasını dəyişib.
Eləcə də bax: “Azəri-Med” şirkətinin dövlətə 3 milyon manat - Vergi Borcu Var
FED.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, şirkət təşkilati-hüquqi forması dəyişərək “Azəri Med” Qapalı səhmdar cəmiyyətinə çevrildiyini elan edib. İndiyədək şirkət məhdud məsuliyyətli cəmiyyət formasında fəaliyyət göstərirdi.
"Kanon" və "Zəfəran" apteklər şəbəkələri “Azəri Med” şirkətinə məxsusdur.(Marja)