“Azəri-Med” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, “Azəri-Med” MMC-nin 2 milyon 885 min 379 manat vergi borcu var.
Qeyd edək ki, bu borclar barədə son məlumat 23 sentyabr 2020-ci il tarixinə qədər olandır.
Xatırladaq ki, “Azəri Med” şirkəti farmaseftik preparatların satışı ilə məşğul olur. Bu şirkət məşhur “Zəfəran” apteklər şəbəkəsinə də nəzarət edir. Şirkətin nizamnamə kapitalı 1020 manatdır və qanuni təmsilçisi Famil Rəhimlidir.
Bildirək ki, Bakı Sağlamlıq Mərkəzi publik hüquqi şəxs 3 milyon manata yaxın vergi borcu olan “Azəri-Med” MMC-yə dərman preparatları və tibbi sərf mallarının satın alınması üçün 3 milyon 600 min manatlıq sifariş verib.