Bu ilin I rübündə Azərbaycana 80,611 mln. ABŞ dolları (137,038 mln. manat) dəyərində 5 636,42 ton pərakəndə satış üçün formalarda və ya bağlamalarda qablaşdırılan dərman vasitələri idxal edilib.
Eləcə də bax: Əhali pandemiya dövründə dərmanlara 874 mln. manat xərcləyib - QRAFİK
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ötən ilin eyni dövrü ilə müqayisədə dərman idxalı həcm ifadəsində 37,5%, dəyər ifadəsində isə 30,2% artıb.
Cari ilin yanvar-mart ayları ərzində Azərbaycanın əsas dərman təminatçıları Türkiyə, Rusiya və Almaniya olub. Türkiyədən bu ilin ilk üç ayında Azərbaycana pərakəndə satış üçün 12,786 mln. dollar dəyərində 547,41 ton dərman vasitəsi tədarük edilib ki, bu da illik müqayisədə həcm ifadəsində 0,6% az olsa da, dəyər ifadəsində 19% çoxdur.
Gözəçarpan dəyişikliklərə gəldikdə, bu ilin I rübündə Rusiyadan və Hindistandan dərman idxalı müvafiq olaraq 2,2 və 2dəfə artıb. Təkcə mart ayında Azərbaycan İsveçrədən dərman idxalını fevralla müqayisədə 23 dəfə artırıb və təkcə mart ayında sözügedən ölkədən 2,6 mln. dollarlıq dərman vasitələrigətirilib.
Azərbaycanın pərakəndə satış üçün dərman vasitələri idxal etdiyi ölkələrin reytinqi – TOP-10:
# |
Ölkə |
Dəyər, mln. $ |
İllik dinamika |
Həcm, ton |
İllik dinamika |
1 |
Türkiyə |
12,786 |
19% |
547,41 |
-0,6% |
2 |
Rusiya |
7,769 |
2,2 dəfə |
1 835,73 |
61,4% |
3 |
Almaniya |
6,881 |
-10.8% |
110,58 |
-24,5% |
4 |
Hindistan |
5,870 |
2 dəfə |
113,39 |
42,9% |
5 |
Fransa |
4,411 |
18,1% |
46,84 |
-27,5% |
6 |
İsveçrə |
4,018 |
23,7% |
12,61 |
-34,5% |
7 |
İtaliya |
3,887 |
1,8% |
73,28 |
-10,3% |
8 |
Ukrayna |
3,733 |
30,9% |
1 564,18 |
67,9% |
9 |
Avstriya |
2,790 |
45,0% |
22,92 |
16,1% |
10 |
Polşa |
2,765 |
12,1% |
65,81 |
-7,2% |
(Apa)