Nazirlər Kabineti “Bəzi malların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” qərarında dəyişiklik edib.
Eləcə də bax: Rusiya şirkəti Azərbaycana - MASKA SATMAQ İSTƏYİR
FED.az xəbər verir ki, dəyişiklik qərarın qüvvədə olma müddəti ilə əlaqədardır.
Qərarın qüvvədə olma müddəti sentyabrın 1-dən noyabrın 1-dək uzadılıb.
Beləliklə, noyabrın 1-dək yeni koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ehtiyacların təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması məhdudlaşdırılan malların Siyahısı aşağıdakı kimidir:
Sıra №-si |
XİF MN üzrə kod |
Malın adı |
1 |
2 |
3 |
1. |
2207 10 000 0 |
Spirtin qatılığı 80 həcm % və ya daha çox olan denaturasiya olunmamış etil spirti |
2. |
2207 20 000 0 |
Hər hansı bir qatılıqda denaturasiya olunmuş etil spirti və digər alkoqollu tinkturalar |
3. |
2208 90 910 0 |
Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litr və ya daha az olan |
4. |
2208 90 990 0 |
Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litrdən çox olan |
5. |
Qrup 30-dan |
Əczaçılıq məhsulları (pərakəndə satış üçün formalarda və ya qablaşmalara qablaşdırıl-mayan tənzif və tənzif məmulatları, habelə 3001, 3006 mal mövqelərində və 3005 90 100 0 alt yarımmövqeyində təsnifləşdirilənlər istisna olmaqla) |
6. |
3808 94-dən |
Dezinfeksiyaedici vasitələr |
7. |
3822 00 000 0-dan |
Koronavirus (COVID-19) infeksiyasının müəyyən edilməsi üçün testlər |
8. |
3926 20-dən |
Baxillər |
9. |
4015 19-dan |
Steril və qeyri-steril əlcəklər |
10. |
5603-dən |
Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların və respiratorların, tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlərin (kombinezonların) istehsalında istifadə olunan parçalar |
11. |
6210 10-dan |
Tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlər (kombinezonlar) |
12. |
6307 90-dan |
Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) respiratorlar, tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlər (kombinezonlar) |
13. |
9004 90-dan |
Tibbi personalın istifadəsi üçün hermetik qoruyucu eynəklər |
14. |
9019 20 000 0 |
Ozon, oksigen və aerozol terapiyası, süni tənəffüs aparatı və ya digər terapevtik tənəffüs aparatı |
15. |
9025 19-dan |
İnsan hərarətinin təmassız ölçülməsi üçün elektron portativ termometrlər |