Rusiya tərəfi Azərbaycandan gətirilən pomidorlarda karantin obyektlərinin, xüsusən də pomidor güvəsi (Tuta absoluta) və Pepino mozaika virusunun dəfələrlə aşkarlanmasından narahatlığını bildirib.
Eləcə də bax: Azərbaycan 2021-ci ildə pomidor ixracını - 23% AZALDIB
FED.az Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") məlumatına istinadən xəbər verir ki, qurum Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Rusiya ərazisinə tənzimlənən malların daşınmasına nəzarəti gücləndirməyi və pozuntuların səbəblərini araşdırmağı xahiş edib.
Azərbaycan tərəfi gələcəkdə belə halların baş verməməsi üçün lazımi məlumatları təqdim etməyə, habelə bu sahədə nəzarəti gücləndirməyə hazır olduğunu bəyan edib.
Bundan əlavə, Azərbaycanın 1 müəssisəsindən Rusiyaya pomidorun idxalı AQTA zəmanəti ilə bərpa edilib. (Apa)