Azərbaycandan Rusiyanın Moskva vilayətinə ixrac edilmiş 16 ton təzə pomidorda “Cənubi Amerika pomidor güvəsi” aşkarlanıb.
Azərbaycanda pomidor ixracından gəlirləri 5%-dək azalıb
FED.az bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.
Məlumata görə, Azərbaycandan gətirilən məhsulları "Rosselxoznadzor"un Moskva şəhəri, Moskva və Tula vilayətləri üzrə İdarəsi “LC” Western Gates” QSC-nin müvəqqəti saxlama anbarında yerləşən fitosanitar nəzarət postunda yoxlayıb.
“Rosselxoznadzor”un tabeliyində olan Ümumrusiya Bitki Karantini Mərkəzinin (FGBI VNIIKR) mütəxəssisləri laboratoriya müayinəsi ilə karantin obyektinin varlığını təsdiqləyib.
Rusiyanın fitosanitar qanunvericiliyinə uyğun olaraq, karantin məhsulları Azərbaycana - yükgöndərənə geri qaytarılıb. (Report)