Azərbaycanda bütün mutasiyalar və əlaqəli ştamlar üzrə yoxlamalara başlanılıb.
Eləcə də bax: Təhlükəli koronavirus variantı aşkar edilib - DAHA YOLUXUCUDUR VƏ PEYVƏND TƏSİR ETMİR
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin genetika mütəxəssisi Ağa Rza Ağayev məlumat verib.
Onun sözlərinə görə, ölkəyə xaricdən daxil olan, həmçinin ölkə ərazisində cluster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir.
Genetika mütəxəssisi əlavə edib ki, müvafiq yoxlamalarda hələ yeni ştam aşkarlanmayıb.