"Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tərəfindən “Yaxılabilən yağlar, marqarinlər və qatı yağlara dair sanitariya norma və qaydaları” sənəd layihəsi hazırlanıb".
Eləcə də bax: 42 milyon dollar daha çox xərclənib, lakin ötənilki qədər - Duru Yağ Alınmayıb
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 2021-ci ilin 9 ayı ərzində Agentliyin fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, həmin sənəddə yağ məhsullarında trans-yağ turşularının miqdarının məhsulun ümumi yağ tərkibinin 2%-dən az olmasını tənzimləyən müddəalar öz əksini tapıb: "Hazırlanmış sanitariya norma və qaydalarının bu yaxınlarda qəbul edilməsi nəzərdə tutulur. Bu da həm yerli yağ istehsalçılarından, həm də idxalçılardan yağların tərkibində trans-yağ turşularının 2%-ə endirilməsini tələb edəcək".