Azərbaycanda xarici (beynəlxalq) qeydiyyatı tanınan dərman vasitəsinin dövlət qeydiyyatı 5 il müddətində qüvvədə olacaq.
Dərmanların Azərbaycana idxalına icazə verilməsi qaydası müəyyənləşir - SİYAHI
FED.az xəbər verir ki, bununla bağlı "Dərman vasitələri haqqında" qanuna yeni 6-2-ci maddə (Dərman vasitəsinin xarici (beynəlxalq) qeydiyyatının tanınması) əlavə edilir.
Xarici (beynəlxalq) qeydiyyatı tanınaraq dövlət qeydiyyatına alınmış dərman vasitəsinin yenidən dövlət qeydiyyatına alınması məqsədilə ərizəçinin müraciətinə bu qanunun 6-2-ci maddəsində nəzərdə tutulan qaydada baxılacaq.
Xarici (beynəlxalq) qeydiyyatı tanınaraq dövlət qeydiyyatına alınmış dərman vasitəsinin bu qanunun 6-2.3-cü maddəsində qeyd olunan sənədlərində (məlumatlarında) hər hansı dəyişiklik olduqda, ərizəçi dəyişikliyin dövlət qeydiyyatına alınması üçün icazə verən orqana müraciət edəcək.
Müraciətə icazə verən orqan tərəfindən bu qanunun 6-2.5-ci – 6-2.14-cü maddələrində nəzərdə tutulan qaydada baxılır, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi aldıqdan sonra dəyişiklik dövlət qeydiyyatına alınaraq dövlət reyestrinə daxil edilir və dərman vasitəsinin dövlət qeydiyyatı haqqında yeni vəsiqə ərizəçiyə təqdim edilir. Bu zaman reyestr nömrəsi və dövlət qeydiyyatı haqqında vəsiqənin nömrəsi dəyişməyəcək.