Azərbayanda icbari tibbi sığorta haqqı ödəyən kateqoriya genişləndirilir.
Eləcə də bax: İcbari tibbi sığorta xərçəngin müalicəsini niyə qarşılamır? - SƏBƏBİ AÇIQLANIB
FED.az xəbər verir ki, bununla bağlı yeniliklər «İcbari tibbi sığorta haqqında» qanun layihəsinə dəyişiklikdə nəzərdə tutulub.
Qanuna təklif edilən və hazırda Milli Məclisdə baxılın yeniliyə əsasən toylarda, şənliklərdə və digər təbirlərdə aparıcılıq, çalğıçılıq və rəqqaslıq edən şəxslər ayda 12 manat icbari tibbi sığorta haqqı ödəyəcəklər.
Bu məbləğ aylıq minimum əmək haqqının (hazırda 300 manat təşkil edir) 4%-i olmaqla nəzərdə tutulub. Minimum əmək haqqı artdıqca, bu məbləğin də artacaq.