“Azərbaycanda maska qadağasının ləğvi gözlənilir”.
Eləcə də bax: Azərbaycanda koronavirusla bağlı məhdudiyyətlər aradan qaldırılacaq – RƏSMİ
FED.az xəbər verir ki, bunu TƏBİB-in sədri vəzifəsini icra edən Vüqar Qurbanov bildirib.
Onun sözlərinə görə, ancaq bununla bağlı tarix bəlli deyil.
“Bununla bağlı qərarın may ayının birinə, yoxsa yarım saat sonra olacağını isə dəqiq deyə bilmərik”, - Vüqar Qurbanov vurğulayıb.
Qeyd edək ki, Azərbaycanda açıq havada maska taxmaq qadağası 2021-ci ilin mayın 31-dən götürülüb. Qapalı məkanlarda maska qadağası isə davam edir. (Apa)