“Koronavirusla bağlı məhdudiyyətlər növbəli şəkildə aradan qaldırılır”.
FED.az xəbər verir ki, bu barədə TƏBİB-in sədri vəzifəsini icra edən Vuqar Qurbanov bildirib.
Onun sözlərinə görə, ölkədə məhdudiyyətlər COVID-19 xəstəliyinin yayılma tezliyinə əsasən tənzimlənir:
“Bir çox məhdudiyyətlərin qaldırılması haqda müvafiq qurumlar tərəfindən Nazirlər Kabinetinə verilən təkliflər dəyərləndirilir və həyata keçirilir”.
O qeyd edib ki, çox yaxın vaxtda həmin təkliflər barədə qərar veriləcək və digər məhdudiyyətlər aradan qaldırılacaq.