Sağlamlıq

Azərbaycanda koronavirusdan daha - 4 NƏFƏR SAĞALDI

Azərbaycanda koronavirusdan daha - 4 NƏFƏR SAĞALDI | FED.az
10:36 18 Mart 2020

Azərbaycan Respublikasında koronavirus infeksiyasına yoluxduğu müəyyən edilmiş 4 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.

Eləcə də bax: Azərbaycanda daha 6 nəfərdə - KORONAVİRUS AŞKARLANDI

FED.az xəbər verir ki, bu barədə  Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.

Hazırda Azərbaycanda 23 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

"Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq", - qərargahdan bildirilib.

Digər xəbərlər