Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 543 yoluxma faktı qeydə alınıb, 510 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Eləcə də bax: Koronavirusun ən çox yayıldığı - RAYONLAR AÇIQLANDI
Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 25 min 113 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 16 min 150 nəfər müalicə olunaraq sağalıb, 319 nəfər vəfat edib. Aktiv xəstə sayı 8644 nəfərdir.
Ötən müddət ərzində 584 min 466 test aparılıb. Bugünkü test sayı isə 8217-dir.