Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.
Eləcə də bax: Kubadan Azərbaycana 115 həkim gətirildi - FOTOLAR
FED.az xəbər verir ki, ən çox yoluxma Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, Binəqədidə yoluxma 12.7 faiz, Yasamalda 12.0 faiz, Xətaidə 12.1 faiz, Sabunçuda 12.2 faiz, Nəsimidə 10.3 faiz, Nərimanovda 8.7 faiz, Suraxanıda 8.4 faiz, Nizamidə 8.3 faiz, Qaradağda 6.1 faiz, Səbaildə 4.6 faiz, Xəzər rayonunda 4.2 faiz, Pirallahıda 0.3 faiz qeydə alınıb.
Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 24570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 15640 nəfər müalicə olunaraq sağalıb, 313nəfər vəfat edib, 8617 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.