Banner

Sağlamlıq

Koronavirusdan gündəlik ölüm sayı - REKORD VURDU - 7 NƏFƏR

Koronavirusdan gündəlik ölüm sayı - REKORD VURDU - 7 NƏFƏR | FED.az
20:58 17 İyun 2020

Azərbaycanda 329 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Eləcə də bax: Daha iki xəstəxana - KARANTİN XƏSTƏXANASINA ÇEVRİLİB

FED.az xəbər verir ki, bu barədə "report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 10 991 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 075 nəfər müalicə olunaraq sağalıb, 133 nəfər vəfat edib. Aktiv xəstə sayı 4 783 nəfərdir.

Bu gün 5 700 koronavirus testi aparılıb. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 397 min 399 test aparılıb.

Digər xəbərlər

Banner