Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 43 499 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 27 992, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 507 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 025 790, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 639 463, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 386 327 təşkil edir.



 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








