Media Təhlil Mərkəzi (MTM) əhali arasında COVID-19 və vaksinasiya ilə bağlı sorğu keçirib.
Eləcə də bax: Yaqut Qarayeva: "18 yaşdan yuxarı bütün əhalini vaksinasiya etməyi düşünürük"
FED.az xəbər verir ki, 703 respondentin iştirak etdiyi sorğunun nəticələrinə əsasən, vətəndaşların 29%-i yalnız (iş, xaricə səyahət və s. səbəblərə görə) məcbur qaldığı halda peyvənd olunacağını qeyd etsə də, 27,3%-i peyvənd olunmağı düşünmədiyini, 8%-i isə ümumiyyətlə peyvənd etdirməyin əleyhinə olduğunu bildirib.
Sorğuda iştirak edənlərin 61,4%-i qohum və ya tanışlarının, 18,5%-i özünün, 7,2%-i isə ailə üzvlərinin koronavirusa yoluxduğunu qeyd edib. Respondentlərin 22%-i tanıdıqları insanlardan heç birinin virusa yoluxmadığını vurğulayıb.
Sorğu iştirakçılarının 52,8%-nin dost-tanışı, 35,4%-nin ailə üzvü, 8%-nin isə özü vaksinasiya olunub. Ətrafında heç kəsin vaksinasiya olunmadığını deyənlər respondentlərin 18%-ni təşkil edib.
İştirakçıların 26,3%-i yaxın müddətdə vaksinasiya olunacağını söyləyib. (İnterfaks)