Bu ilin ilk 2 ayında Azərbaycana 87 milyon 957 min dollar dəyərində 2 min 588 ton əczaçılıq məhsulları idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, əczaçılıq məhsulları idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 2 milyon 892 min dollar və ya 3,2% azalsa da, miqdar ifadəsilə 1 min 412 ton, başqa sözlə 35,3% azalma qeydə alınıb.
Qeyd edək ki, 2025-ci ilin ilk 2 ayında ölkəyə 90 milyon 630 min dollar dəyərində 4 min ton əczaçılıq məhsulları gətirilmişdi.











