Azərbaycan və İrandan Rusiya Federasiyası ərazisinə karantin təhlükəli obyektlərə yoluxmuş 51 partiya bitkiçilik məhsullarının idxalına icazə verməyib.
Eləcə də bax: Azərbaycandan Rusiyaya göndərilən pomidorlarda virus - TAPILIB
FED.az Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") yaydığı məlumata istinadən xəbər verir ki, nəzarətə götürülən məhsulların 32 partiyası Azərbaycandan – 548,1 ton həcmində təzə pomidor, 280,7 ton həcmində (Pekin kələmi, kahı və s.) 19 partiyası isə İrandan olub. Rusiya bazarına daxil olmayan məhsulların ümumi həcmi 828,8 tondan çox olub.
Saxlanmaya səbəb "VNIIKR" Federal Dövlət Büdcə Qurumunun Dağıstan bölməsinin karantin təhlükəli obyektinin – Cənubi Amerika pomidor güvəsi (Tuta absoluta Povolny) və qərb (Kaliforniya) çiçək tripsinin (Frankliniella occidentalis Perg.) aşkar edilməsini təsdiq edən rəyi olub. (Apa)