Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları daxil olan məlumat əsasında Sumqayıt şəhəri, Sülh küçəsi 1 ünvanında yerləşən, "Murad Aqro" MMC-yə məxsus quşçuluq broyler təsərrüfatında yoxlama keçirib.
Eləcə də bax: “Happy Day” sexində qanunsuzluqlar - Aşkarlandı
AQTA-dan FED.az-a verilən məlumata görə, yoxlama zamanı quşçuluq broyler təsərrüfatının normativ texniki sənədlərin tələblərinə əməl edilmədən fəaliyyət göstərdiyi aşkar olunub.
Müəssisədə istehsal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Araşdırmalar davam etdirilir.