Qida Təhlükəsizliyi Agentliyi (AQTA) COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar ötən 2 gün ərzində 46 ticarət və 75 ictimai iaşə müəssisəsində monitorinq keçirib.
Zaqataladakı “Şef Dönər” bağlandı - DÖNƏRLƏRİNDƏ BAKTERİYA VARMIŞ
Bu barədə FED.az-a AQTA-dan məlumat verilib.
Bildirilib ki, monitorinqlər zamanı 42 ticarət və 75 ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.
Monitorinqlər zamanı aşkarlanmış nöqsanlara qida təhlükəsizliyi qeydiyyatının alınmasına dair çıxarışın olmaması,məhsulların minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərinin mövcud olmaması, izləmə sisteminin (QR kod) tətbiq olunmaması, mal qonşuluğu prinsipinin pozulması, temperatur rejiminə riayət olunmaması aid olub. Həmçinin süd məhsullarının tələblərə uyğun etiketlənməməsi, vitrində yerləşdirilməməsi və xüsusi işarələrin mövcud olmaması, istifadə müddəti bitmiş, Azərbaycan dilində markalanması, etiket məlumatları və mənşəyi məlum olmayan məhsulların mövcud olması, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmaması, mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin aparılmaması, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi və sanitar geyimlə təmin olunmaması bəlli olub.
Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı məsul şəxslərə icrası məcburi göstərişlər verilib.