Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisində qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması istiqamətində keçirilən nəzarət tədbirləri zamanı ticarət şəbəkələrində satışı həyata keçirilən bir sıra istehsalçılara məxsus qənd məhsulu partiyalarının qida sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı, kükürd dioksid (SO2) miqdarının laborator sınaqların nəticələrinə əsasən normadan artıq olduğu müəyyən edilib.
Eləcə də bax: Azərbaycanda keyfiyyətsiz qənd istehsal edən - ŞİRKƏTLƏRİN ADI AÇIQLANIB - SİYAHI
FED.az xəbər verir ki, qeyd olunan nöqsanların aradan qaldırılması və qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə Agentlik tərəfindən qanunvericiliyə uyğun müvafiq tədbirlər həyata keçirilərək normativ sənədin tələblərinə cavab verməyən həmin məhsul partiyalarının ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı istehsalçılara, eyni zamanda ticarət şəbəkələrinin rəhbərlərinə həmin məhsulların satışdan çıxarılaraq istehsalçılara geri qaytarılması barədə icrası məcburi göstərişlər verilib.
Görülmüş nəzarət tədbirlərinin nəticəsi olaraq, həmin şirkətlər tərəfindən cari ilin aprel-sentyabr aylarında 1097,25 kq məhsul geri çağırılıb ki, bunlardan fiziki şəxs Kərimov Əfqan Bəhşir oğlunun istehsal etdiyi 371,3 kq, “Bolluq” MMC tərəfindən istehsal edilən 169,2 kq, “Şam Fi İnternational Trading Company” MMC tərəfindən emal edilən 6,75 kq qənd partiyası məhv edilib, 347 kq məhsulun isə məhv edilməsi ilə bağlı qərar qəbul olunub. Eyni zamanda fiziki şəxs Babayev Nazim Səyyaf oğluna məxsus anbarda saxlanılan 5109 kq, həmiçinin satış şəbəkəsindən geri çağırılmış 200 kq qənd məhsulunun təkrar emala göndərilməsi barədə qərar qəbul edilib.
Ticarət şəbəkələrində keçirilmiş təkrar monitorinqlər zamanı isə 20 nümunə götürülərək müayinəyə cəlb edilib. Müayinə nəticəsinə əsasən, əvvəl uyğunsuzluq aşkarlanmış 6 istehsalçıya məxsus 9 nümunədə kükürd dioksidin kütlə payı normadan artıq müəyyən edilib.
Bununla əlaqədar, müəssisələrin 3-də plandankənar yoxlama aparılıb, 2 müəssisədə (“Şüvəlan Şirniyyat” ASC və fiziki şəxs Mənsimov Məmməd Adil oğlu) aşkar edilmiş uyğunsuzluqlarla əlaqədar istehsalın dayandırılması və kükürd dioksidin miqdarı normadan artıq müəyyən edilmiş məhsulların geri çağırılması, 1 müəssisədə (fiziki şəxs Kərimov Əfqan Bəhriş oğlu) isə aparılmış yoxlama çərçivəsində ticarət şəbəkəsində aşkar edilmiş uyğunsuz məhsul partiyasının geri çağırılması ilə bağlı “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar”lar qəbul edilib.
Uyğunsuzluq aşkar edilmiş 1 nümunənin istehsalçısı barədə məlumat hüquq mühafizə orqanlarına göndərilib və həmin məhsul partiyasının satışının qadağan edilməsi və satışdan kənarlaşdırılması ilə bağlı ticarət şəbəkəsinin rəhbərinə müvafiq göstəriş verilib. Uyğunsuzluq aşkar edilmiş digər 2 müəssisədə (“Bolluq LTD” MMC və fiziki şəxs Kərimov Cavid) təkrar plandankənar yoxlamanın keçirilməsi nəzərdə tutulub. Məhsulların satışdan kənarlaşdırılaraq istehsalçıya geri qaytarılması və Agentliyə bu barədə məlumat verilməsi ilə bağlı ticarət şəbəkələrinin rəhbərlərinə rəsmi məktub ünvanlanıb.
AQTA istehlakçıları bir daha məhsulları alarkən etiketində olan məlumatlara diqqət yetirməyə, aşağıdakı cədvəldə göstərilən əmtəə nişanlı və istehsal tarixli məhsullardan istifadə etməməyə çağırır, istehlakçılar tərəfindən həmin məhsullar satış şəbəkələrində aşkar edildikdə AQTA-nın “1003-Cağrı Mərkəzi”nə məlumat verilməsini xahiş edir.
Normativ sənədin tələblərinə cavab verməyən qəndlər və onların istehsalçıları barədə MƏLUMAT
№ |
Məhsulun istehsalçısı |
Əmtəə nişanı |
İstehsal tarixi |
Çəkisi |
1 |
"Şüvəlan Şirniyyat" ASC |
"Abşeron qənd" kəllə qənd |
27.01.2022 |
1x600 |
2 |
"Yek dad" kəllə qənd |
28.01.2022 |
1x150 |
|
3 |
"Yekdad" sweet as honey |
02.04.2022 |
1x1700 |
|
4 |
"Bol qənd" kəllə qənd |
20.04.2022 |
1x700 |
|
5 |
f/ş Kərimov Əfqan Bəhriş oğlu |
"Dişləmə" kəllə qənd (yaşıl) |
26.06.2022 |
1x700 |
6 |
f/ş Nadirov Tofiq Həmid oğlu |
"Əsl tam" kəllə qənd |
01.04.2022 |
1x700 |
7 |
"Bolluq LTD" MMC |
"Bəyaz" |
16.05.2022 |
1x600 |
8 |
Kərimov Cavid Əliyar oğlu |
“Kəhriz” |
12.11.2021 |
1x600 |
9 |
Mənsimov Məmməd Adil oğlu |
“İlğım” ağ qənd |
29.08.2022 |
1x800 |